“Tonqal”ın administratoruna 3 il həbs verildi
Nərimanov Rayon Məhkəməsində “Tonqal” restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən administrator İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məhkəmənin hökmü ilə o, 3 il müddәtinә azadlıqdan mәhrum edilib.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Daha sonra İ.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...