Azərbaycanın 10 milyonuncu sakini doğuldu

11:03 06-04-2019 | icon 3035
Azərbaycanın 10 milyonuncu sakini doğuldu

Azərbaycanda 10 milyonuncu sakin doğulub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Ölkənin 10 milyonuncu sakini aprelin 6-da, saat 03:30-da Bakı şəhərində dünyaya gəlib. 

Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqramdır. 

Nigar Ocaqova doğuşu Respublika Perinatal Mərkəzində həyata keçirib. (qafqazinfo)


Digər xəbərlər

0.26399397850037