“Elinanın intiharı prezidentlə xanımının nəzarətindədir”
“Elinanın intiharı ölkə rəhbərliyinin nəzarətindədir.” Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.
“Bilirsiniz, bunu çox müzakirə ediblər. Dərk etmək lazımdır ki, hələ ki, istintaq işi gedir. Bu araşdırmalar olmalıdır. Kim bu işdə günahkardırsa cinayət işinə cəlb olunacaq və əlbəttə ki cəzasını alacaq. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar irad tuturlar və popilist çıxışlar edir. Bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib. Eləcə də, Təhsil Nazirliyinə, rəhbərim olduğum komitəyə və Daxili İşlər Nazirliyinə ciddi formada bu işlərin araşdırılması ilə bağlı tapşırıq verilib”.
H.Hüseynova bildirib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Bununla yanaşı məsələni mahiyyətindən çıxardaraq sosial şəbəkələrdə kampaniyalaşdırmağa və ya siyasiləşdirməyə ehtiyac yoxdur.
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...