“Bakı 2019” festivalının məşəli yandırıldı

10:34 13-04-2019 | icon 3330
“Bakı 2019” festivalının məşəli yandırıldı

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalınının (EYOF) məşəlinin yandırılma və Azərbaycana ötürülmə mərasimləri keçirilib.

Gənclər və İdman Nazirliyindən daxil olan məlumata görə, Romada təşkil edilən mərasimdə oyunların simvolu olan Zeytun ağacı da Azərbaycana təqdim edilib.

Təqdimat mərasimində Fərid Mansurov, cüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə Əliyeva iştirak ediblər.

Qeyd edək ki, festival aprelin 21-də Bakıda start götürəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar.


Digər xəbərlər

0.26439905166626