Nazirin əxlaqsızlığa görə işdən qovduğu rəisə yeni vəzifə verildi
Hacıqulu Sadıqov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda idarə rəisi vəzifəsinə təyin olunub.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin imzaladığı əmrə əsasən Hacıqulu Sadıqov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Hacıqulu Sadıqov bu təyinatdan öncə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ötən ilin sonlarında isə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin 15-ə yaxın işçisi vəzifəsindən uzaqlaşdırılmışdı. Hacıqulu müəllimin qərarına etiraz edən işçilər bu addımın qanunsuz olduğunu iddia edirdilər. Şikayətçilərdən birinin iddiası isə daha qalmaqallı idi. İdarənin 11 illik işçisi Ülkər Qasımovanın iddasına görə, rəisin etdiyi əxlaqsız təkliflə razışmadığı üçün işdən uzaqlaşdırılıb.
Energetika naziri Pərviz Şahbazovun 57 yaşlı idarə rəisini məhz bu ittihama görə, işdən çıxartdığı bildirilirdi.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...