“Azercell”dən gənclərə dəstək
“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə İT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının arıtırlmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Mərkəz İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb. Təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.
Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik iş təcrübəsinə malikdir. ADİU, Xəzər və ADA universitetlərində “Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi”ni (Operations Research) tədris edən Kamil Ələsgərov “Baker Tilly Azerbaijan” şirkətində risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda “Data Science”in tətbiqi ilə məşğuldur.
Qeyd edək ki, “TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində “TechCentrum” platforması 700-dən çox iştirakçıya “Data Science” və “Data Engineering”, “Cpython”, “Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib.
Təlimlər barədə əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...