Paşinyan Qarabağla bağlı məsuliyyəti xalqın boynuna qoydu

08:59 23-04-2019 | icon 2804
Paşinyan Qarabağla bağlı məsuliyyəti xalqın boynuna qoydu

“Qarabağ məsələsini erməni xalqı həll etməlidir. Hər hansı bir hökumət və ya baş nazir yox”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yerəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib. O bildirib ki, Ermənistan xalqı nə vaxt ki Qarabağ münaqişəsinin həlli yolunu dəqiq tapsa, o zaman digər formullar asanlıqla yerinə yetiriləcək:

 

“Ən qəribəsi isə budur ki, bizim bu barədə ictimai müzakirəmiz olmayıb. Mən baş nazir olanda bəziləri müsahibə verib deyirdi ki, kimsə satqınlıq edib, yaxud edəcək. Ancaq heç kim soruşmurdu ki, mən danışıqlara gedəndə bu söhbətlər niyə edilirdi? Çünki siz hamınız məni Qarabağ məsələsinə görə danışıqlara göndərəndə demədiniz ki, bu problemi bu cür həll edəcəksən. Bu gün erməni xalqı baş nazirinə demədi ki, al bu sənin kağızın, onu əzbərlə, danışıqlara gir və məsələni bu yolla həll elə. Bu səbəbdən müxtəlif söz-söhbətlər gəzir”.

Paşinyan bildirib ki, onun, əlbəttə, Qarabağ münaqişəsinin həlli ilə bağlı öz görüşləri var, ancaq bu məsələdə erməni xalqının rəyi də vacibdir.


Digər xəbərlər

0.29367685317993