Zelenskinin Azərbaycan macəraları - Fotolar+Video

09:05 23-04-2019 | icon 5074
Zelenskinin Azərbaycan macəraları - Fotolar+Video

Məşhur şoumen Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsi onun ölkəmizdə səfərdə olan zaman çəkdirdiyi fotoları da sosial şəbəkələrdə gündəmə gətirib. 

 Zelenski Azərbaycanda iki dəfə səfərdə olub. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə qastrol məqsədilə olub. Belə ki, Qəbələdə keçirilən 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının musiqili qonaqlarından olan Vladimir Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən Vladimir Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusunun olduğunu da söyləyib.

Bundan başqa, qonaq milli mətbəximizin təamlarını dadıb, ölkənin Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox görməli yerlərinə baş çəkib.

Günel Hacı

 

Zelenskinin təəssüratlarından:

“Qobustan. Qayaüstü rəsmlər. hər daşda tarix var. Görürsüz keçmişdə insanlar necə olublar? İncə və xoşbəxt”. 

 

 

“Yeni il. Qəbələ. Uşaqlığımızdakı kimi şirin pambıq”.

 



 




 

Digər xəbərlər

0.2800350189209