İcra Hakimiyyətindən müxalifətçinin qızının toyu haqda açıqlama

09:07 23-04-2019 | icon 2555
İcra Hakimiyyətindən müxalifətçinin qızının toyu haqda açıqlama

Saatlı rayonunda müxalifət fəalı Ruslan Nəsirlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli şöbəsinin rəhbəri Şamil Hacıbəylinin qızı ilə "Xəyal" şadlıq evində toy etməsinə imkan verməyiblər.

"Toy planlaşdırılmışdı, ancaq son anda şadlıq sarayından dedilər ki, mərasim ləğv edilir. Onlar rayon icra başçısı Siraqəddin Cabbarova istinad etdilər.

Bundan əlavə, valideynlərimizdən tələb olundu ki, nikah pozulsun. Təbii ki, tələbə məhəl qoyulmadı və biz toyu evin həyətində eləməli olduq", R.Nəsirli bildirib. O, yerli hakimiyyətin hərəkətini rüsvayçılıq adlandırıb.

Öz növbəsində Saatlı rayon icra başçısının köməkçisi Zaur adlı şəxs Turan-a deyib ki, bu cür fikirlər həqiqətəuyğun deyil.

"Restoran özəl strukturdur və İcra Hakimiyyəti onun fəaliyyətinə müdaxilə edə bilməz. Belə bir şey olmayıb", - məmur deyib.

Qeyd edək ki, Ruslan Nəsirlinin adı "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" adlı cinayət işində keçib və şərti olaraq mühakimə edilimişdi.


Digər xəbərlər

0.24398303031921