Kreml Əliyevlə Putinin görüş yerini və vaxtını açıqladı

09:07 24-04-2019 | icon 1941
Kreml Əliyevlə Putinin görüş yerini və vaxtını açıqladı

Rusiya prezidenti Vladimir Putin Çinə səfəri çərçivəsində aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb. Dövlət başçılarının, həmçinin, yay və payız aylarında yenidən görüşəcəkləri bildirilib:

 

“Liderlər artıq telefonda danışaraq fəal dialoqu davam etdirməyə razılaşıblar. İlham Əliyevlə görüş aprelin 26-da keçiriləcək”.

Görüşdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə olunacaq.


Digər xəbərlər

0.26689791679382