“Türkiyə S-400-ləri Azərbaycana vermək niyyətində deyil” - Çavuşoğlu

09:24 24-04-2019 | icon 2755
“Türkiyə S-400-ləri Azərbaycana vermək niyyətində deyil” - Çavuşoğlu

“Ankara Rusiyadan aldığı S-400 Zenit Raket Komplekslərini (ZRK) Qətərə və Azərbaycana vermək niyyətində deyil".

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib:

 

“Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələni heç vaxt müzakirə etməmişik. Bu informasiya KİV-də hər zmaan yazılıb. Əslində isə bununla bağlı da hər hansı bir çətinlik yoxdur. Biz Rusiya ilə müqavilə imzalamışıq və hazırda onların çatdırılma vaxtını razılaşırıq. Əgər Rusiya ZRK-i Azərbaycana satmaq istəsəydi, bunu vasitəçi olmadan, birbaşa edərdi. Xüsusən də, bu iki ölkənin yaxşı münasibəti var”.


Digər xəbərlər

0.25566506385803