Süleyman Mikayılov üçün əlamətdar gün
Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidenti, AİBA-nın İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov üçün əlamətdar gündür. Süleyman Mikayılovun 57 yaşı tamam olur
Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.
1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidenti və AİBA-nın İcraiyyə Komitəsinin üzvüdür.
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...