Premyer Liqanın bütün oyunları eyni gündə
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.
Turun bütün görüşləri eyni günə təsadüf edəcək.
Öncə lider “Qarabağ” səfərdə “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
“Sabah” “Keşlə”ni, “Səbail” isə “Qəbələ”ni qəbul edəcək.
Turun qapanış matçında “Neftçi” ilə “Sumqayıt” arasında prinsipial qarşılaşma baş tutacaq.
Azərbaycan Premyer Liqası
26-cı tur
27 aprel
“Zirə” - “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
“Sabah” - “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev.
Masazır. “Əlincə Arena”, 17:00.
“Səbail” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Bakı. “ASCO Arena”, 17:30.
“Neftçi” - “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. 8-ci km stadionu, 19:00.
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...