Azərbaycan Qran Prisinin qalibi müəyyənləşdi - Fotolar

08:27 29-04-2019 | icon 2404
Azərbaycan Qran Prisinin qalibi müəyyənləşdi - Fotolar

Bakıda keçirilən Formula 1 üzrə SOCAR Azərbaycan Qran Prisi başa çatıb.

Yarışın qalibi “Mercedes” komandasının pilotu Valtteri Bottas olub.

Onun komanda yoldaşı Lüis Hemilton 2-ci, “Ferrari”nin pilotu Sebastyan Fettel isə 3-cü olub.

Qalibə mükafatı prezident İlham Əliyev təqdim edib.

Beləliklə, Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsindən - Azərbaycan Qran-Prisindən sonra pilotların mübarizəsinə 87 xalla “Mercedes”in sürücüsü Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel 52 xalla üçüncü, “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 51 xalla dördüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 47 xalla beşinci pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mercedes” komandası 173 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 99, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 64 xalı var.

 












 

Digər xəbərlər

0.25252890586853