Azad Rəhimov: "Avropa Liqasının finalına gələnlər otellər və şəxsi evlərdə məskunlaşa bilərlər"
"Vacib məsələ otellərdə olan yerlərdir. Azərbaycanda 17 mindən artıq otel otaqları var. Bəzi otaqlarda 2 nəfərin qala biləcəyini nəzərə alsaq, bu, onu göstərir ki, ölkəmizə gələcək azarkeşlər tam yerləşə bilərlər".
Bunu gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək azarkeşlərin yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Nazir qonaqların şəxsi evlərdə də məskunlaşmalarının mümkünlüyünü dilə gətirib: "Təcrübə göstərir ki, son illər paytaxtımızda çoxlu mənzil kirayəyə verilir. Bunun üçün də xüsusi saytlar var. Həmin mənzillərdən bütün qonaqlar tam yararlana bilərlər. Necə ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisində etmişdilər".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...