“Axşam işıqları söndürdülər, ağacları kötüyündən çıxarıb apardılar” - Fotolar+Video
Mayın 3-dən 4-nə keçən gecə Bakının Xətai rayonunda 130-a yaxın ağac kəsilib və köçürülüb. Ətrafda yaşayan bina sakinləri prosesə müdaxilə etməsəydi bu say daha da arta bilərdi.
İkinci və üçüncü “kvartal”ların 50-yə yaxın sakini ağacları kəsilən kiçik parkda toplaşıb iməcilik edirlər. Kötüyündən çıxarılan və kəsilən ağacların yerində yeni ağac şitilləri və güllər əkirlər.
99-cu binanın sakini Vilayət Quliyev bildirir ki, illər əvvəl həmin ərazi ağac bolluğundan meşə kimi imiş: “Biz burada meyvə ağacları da əkmişdik, bu parkda istirahət edirdik. Həm də ağaclar bizim, bu binada yaşayanların havası idi. Beşinci gün axşam saat 9-da bütün ərazinin işıqlarını söndürdülər, həmin vaxt gətirib fəhlələri, maşınları əraziyə salıblar. Gecəykən ağacları doğrayıb, traktorla kötüyündən çıxarıb yük maşınlarına yükləyiblər. Gecə saat 10-dan sonra sakinlərin xəbəri olub və qarşısını aldıq. Ağac yüklənmiş “Shachman”ları sürüb getdilər. Biz də öz pulumuzla ağac və güllər alıb əkdik. Bizdən başqa digər binalarda yaşayanlar ağac alıb təmənnasız olaraq gətirib bizə verirlər. Mayın 10-da Heydər Əliyevin ildönümü münasibətilə burada böyük iməcilik təşkil edəcəyik, buranı şəhidimiz Mübariz İbrahimovun adına park edəcəyik”.
V.Quliyev bildirib ki, əraziyə baş çəkən dövlət qurumlarının əməkdaşları onlara konkret bir söz, ərazinin gələcək vəziyyəti ilə bağlı bir vəd verməyiblər.
***
ETSN-nin mətbuat katibi İradə İbrahimova: Təbiətə dəymiş ziyan hesablanacaq və hesablamaların nəticələrinə uyğun qanunamüvafiq tədbirlər görüləcək. Ağacların icazəsiz köçürülməsi və kəsilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
Fotolar-Video: Pərvin Zeynal (qafqazinfo)
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...