Qaradağda Heydər Əliyevə həsr olunan tədbir keçirilib
Bu gün Qaradağ rayonunda Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Azərbaycan Rus icmasının sədri Mixail Zabelin və YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan icra başçısı Süleyman Mikayılov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. Başçı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirib.
Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. Deputat bilavasitə ümummilli liderin rəhbərliyi altında işlədiyini, hakimiyyətinin ilk dövrlərində belə ümumittifaq dövlətlərində böyük nüfuza sahib olduğunu qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi.
Sonda Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...