Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb
Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb.
Nekroloqu prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Akif Əlizadə, Tahir Salahov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Fidan Qasımova, Xuraman Qasımova, Tofiq Bakıxanov, Rauf Abdullayev imzalayıblar.
Nekroloqda görkəmli bəstəkarın ölümü Azərbaycan mədəniyyətinin ağır itkisi kimi qeyd olunub:
"Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.
Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!".
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
...
-
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
...
-
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
...
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...