Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq - AFİŞA
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq.
Sonuncu - XXVIII turun qarşılaşlamaları eyni gündə təşklil olunacaq. 4 oyunun hər biri formal xarakter daşıyacaq.
“Qarabağ”ın qızıl, “Neftçi”nin gümüş, “Səbail”in bürünc medal qazandığı mövsümdə, "Keşlə”nin də sonuncu pilləni tutaraq I diviziona düşməsi öncəki turda bəlli olub.
Turun açılış matçında avrokuboklara vəsiqəni təmin edən "Səbail" "Keşlə"ni qəbul edəcək. Digər iki oyun isə eyni saatda start götürəcək. "Sumqayıt" "Qəbələ" ilə, "Sabah" isə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qarşılaşmalardan sonra 5-7-ci yerləri tutan komandalar bəlli olacaq.
XXVIII turun və mövsümün son oyunu çempion "Qarabağ"la gümüş medalın sahibi "Neftçi" ilə arasında olacaq. Bu matç bombardirlik yarışanda mübarizə aparan Baqali Dabo və Mahir Mədətov üçün önəmlidir. Görüşdə kimin mükafata sahib olacağı müəyyənləşəcək. Qarşılaşmadan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Azərbaycan Premyer Liqası, XXVIII tur
11 may (şənbə)
15:00. “Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena” (“CBC Sport”/canlı)
16:00. “Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
18:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, (“CBC Sport”/canlı)
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...