Rüstəm və Hidayətdən qələbələr 

13:04 11-05-2019 | icon 3096
Rüstəm və Hidayətdən qələbələr 

Bakıda keçirilən “Böyük dəbilqə” turniri davam edir.  Azərbaycan cüdoçularından bir neçəsi mübarizəyə başlayıb. 

Əsas diqqətlər isə Rüstəm Orucovla Hidayət Heydərovun döyüşlərinə yönəlib. 

Hər iki cüdoçumuz görüşlərdən qalib ayrılıb. 

Rüstəm Orucov ilk turda qazaxıstanlı Madiyar Sembayevdən üstün olub. İkinci mərhələdə isə o, moldovalı Andrie Kornelə qalib gəlib.  Rüstəmin 1/-4 finaldakı rəqibi monqolustanlı Bulqan Batbold olacaq. 

Hidayət Heydərov isə ilk görüşündə özbəkistanlı Obidxon Nomonovdan üstün olub.


Digər xəbərlər

0.25878310203552