Aydın Xırdalanlının anası ilk dəfə danışdı
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından danışılıb. Proqramda mərhum meyxanaçının anası Bikəxanım Quliyeva ilk dəfə efirə çıxaraq oğlu barədə maraqlı fikirlər səsləndirib:
“Aydın mənim ilk övladımdır, ilk dəfə ana sözünü ondan eşitmişəm. O, mənim arzullarımı, xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman bir şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. O vaxt müəlliməsi deyirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Musiqi məktəbinə qoydum, 5 il qarmon təhsili aldı. Uşaqlıqdan ədəbiyyatla məşğul idi, pəncərə kənarları, yataq altları ancaq kitabla dolu idi. 4 övladım var, 3 oğlan biri qızdır.
O qədər mehriban idi ki, hətta qızımdan belə yaxın idi, ürəyindəki sözünü deyirdi. 2006-cı ildə, yəni 29 yaşında evləndi, amma övladı olmadı. Dedim ki, övlad sahibi ol. Qardaşı da dedi ki, övladımın birini sənə verim. Dedi ki, uzaqdan baxıram, elə onlar mənə övlad kimidir. Ən çox bacısının qızını istəyirdi. İlk məhəbbəti isə alınmadı. Hamıya ilk məhəbbət qismət olmur”.
Mərhum meyxanaçının anası onun ölüm anından da bəhs edib: “Səhər dedi nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, burda uzanmıram, öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş.
Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq ki, 2 gün sonra apararıq yenə həkimə. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi. Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm”.
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...