Azərbaycan “Eurovision”un finalında - Video
Tel-Əvivdə 64-cü “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.
Ilk olaraq səhnəyə Ermənistan təmsilçisi Srbuk “Walking Out” adlı mahnı ilə çıxıb. Onun ardınca İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya, Rusiya və Azərbaycan təmsilçiləri öz nömrələrini göstəriblər.
Azərbaycanı yarışmada təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edib.
Çıxışların yekununda səsvermənin nəticəsi olaraq finala 10 ifaçı vəsiqə qazanıb.
Xatırladaq ki, birinci yarımfinalda finala vəsiqə qazanan 10 ölkə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya olub.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.
Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində çıxış edib.
Bütün ölkə təmsilçiləri çıxışlarını başa vurduqdan sonra səsvermə başlayıb.
Finala vəsiqə qazanan 10 ölkə təmsilçisi bəlli olub. Onlar Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə və Maltadır.
Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Litva isə finala vəsiqə qazana bilməyiblər.
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...