Səfirdən Mxitaryana mesaj - “Futbolçusan, get futbolunu oyna”
“Mxitaryan mənimlə əlaqə saxlaya bilər. Onun təhlükəsizliyi ilə bağlı problem olmayacaq. Mənimlə danışsa, şad olaram”.
Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.
“Sky Sports”a müsahibə verən səfir Avropa Liqası finalı üçün Bakıya gələcək “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryanın təhlüksəziliyi ilə bağlı narahatçılığının yanlış olduğunu deyib: “Final möhtəşəm oyundur. Onların məqsədi matç ətrafında siyasi oyunlardırsa, başqa məsələ. Lakin Mxitaryan siyasətçi deyil və pulu futbolçu olduğu üçün alır. Ona görə də yersiz müzakirələri kənara qoyaq”.
Tağızadə erməni futbolçuya mesaj göndərib: “Mxitaryan Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazisinə səfər edib. Bu səbəbdən o, Azərbycanın qara siyahısına düşüb. Lakin yenə də onun təhlükəsizliyinə təminat verilib. Mxitaryana bir mesajım olacaq: sən futbolçusan və finala get, futbolunu oyna. Təhlükəzliyin də təminat altındadır. Siyasi məsələlər qaldırmaq istəyirsənsə, başqa cür danışaq. Azərbaycan hökuməti finala gələn hər kəsin təhlükəsizliyinə təminat verir”.
Qeyd edək ki, “Arsenal” – “Çelsi” finalı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...