Yaxın günlərdə qatar Bakı kəndlərindən də keçəcək - Video
“Bakı sərnişin-Sabunçu dəmir yolu xəttinin sərnişinlərin istifadəsinə veriləcəyi tarix hələ müəyyənləşməyib. Hazırda qatarların hərəkət cədvəlinin tərtibi istiqamətində işlər gedir”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin maşinist təlimatçısı Nazim Əmiraslanov deyib. O, bildirib ki, ötən gün Sabunçu, Bakıxanov və Keşlə dayanacaqlarının açılışı olub: “Ümumiyyətlə, gələcəkdə birbaşa Sabunçu stansiyasına qatarlarımız da işləyəcək. Yaxın günlərdə qatarlarımız Sabunçu-Zabrat-Pirşağı dairəvi yolla hərəkət edib Sumqayıt sərnişin stansiyasına da dairəvi işləyəcəklər. Bu xətlərdə də ikimərtəbəli sürətli “Stadler” qatarları istismar olunacaq.”
Qatarların stansiyaya çatma vaxtına gəlincə isə N. Əmiraslanov qeyd edib ki, bu müddət cəmi 15 dəqiqə təşkil edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova da Sputnik.az-a bildirib ki, Bakı şəhərətrafı dəmiryol xəttinin ümumi uzunluğu 107 kilometrdir. Onun sözlərinə görə, dəmiryol xəttində 14 stansiya və dayanacaq olacaq: “Genişləndirmə işləri Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək”. (qafqazinfo)
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...