Azərbaycanın qadın voleybol yığması Belarusa uduzub

09:07 27-05-2019 | icon 2831
Azərbaycanın qadın voleybol yığması Belarusa uduzub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ilk görüşünü keçirib.

 C qrupunda yer alan yığma Minskdə Belarusun qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25:13, 21:25, 25:10, 26:28, 19:17). Bu, italiyalı baş məşqçi Covanni Kapraranın rəhbərliyi altında ilk rəsmi qarşılaşma olub.

Qrupun digər oyununda Finlandiya evdə İspaniyaya uduzub - 1:3 (17:25, 20:25, 25:21, 20:25).

Mayın 29-da keçiriləcək növbəti turun görüşlərində Belarus Finlandiyanı, Azərbaycan İspaniyanı qəbul edəcək.


Digər xəbərlər

0.25235414505005