UEFA final oyunu üçün Bakını niyə seçdi? - Çeferin açıqladı
UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb.
Çeferin bunu Azərbaycanda yaşayan insanların futbolu sevməsi ilə əlaqələndirib.
"“Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - Çeferi bildirib.
UEFA prezidenti qeyd edib ki, əlbəttə Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən, finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.
Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub.
“Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”, - deyə UEFA prezidenti vurğulayıb.
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...