Final oyunu üçün gələn əcnəbi jurnalistlərin - Bakı təəssüratları

21:31 28-05-2019 | icon 2647
Final oyunu üçün gələn əcnəbi jurnalistlərin - Bakı təəssüratları

Xəbər verdiyimiz kimi sabah Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək.

 “Çelsi” və “Arsenal” arasında baş tutacaq tarixi qarşılaşma üçün xeyli sayda azarkeşlə yanaşı, 400-ə yaxın xarici jurnalist də ölkəmizə gəlib. 

Onlardan bir neçəsi “Qafqazinfo”ya açıqlama verərək paytaxtımızda baş tutacaq qarşılaşmadan danışıb və təşkilatçılıqdan razılıqlarını bildiriblər:

Niels Harild (“Eurosport”):  “İngiltərə ilə müqayisədə, Danimarka Bakıya daha uzaqdır. Amma burada olduğum üçün xoşbəxtəm. Bakını gəzmişəm, çox gözəl şəhərdir. İnsanlar olduqca mehribandır. Finalın burada keçirilməsi çox yaxşıdır. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar həm Avropadan, həm Asiyadan, həm də Afrikadan rahat gələ bilərlər. Bakı multikulturalizm nümunəsidir”.

Jules Breç (“Optus Sport”): “Bakını hələ gəzməsəm də, çox sevimli şəhər olduğunu deyə bilərəm. Bakı Olimpiya Stadionu möhtəşəmdir. Bakıya səfər etmək mənim üçün problem deyil. Frankfurtda 2 saat gözlədikdən sonra bura uçdum. Londondan Azərbaycana çox asan gəldim. Burada məni çox yaxşı qarşıladılar. Mətbuatda həmişə müxtəlif mövzularda neqativ xəbərlər olur. Amma bunu problemə çevirməyə gərək yoxdur. Bakıya gəlmək və finalı izləmək lazımdır”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq.(qafqazinfo)

 




Digər xəbərlər

0.30390906333923