Onlar da İlham Əliyevi təbrik etdi

20:57 29-05-2019 | icon 2487
Onlar da İlham Əliyevi təbrik etdi

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

Təbrikdə deyilir:

“Sizi Respublika Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Məmnunluq hissi ilə vurğulamaq istərdim ki, Gürcüstan Azərbaycan Respublikası ilə dost münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq xalqlarımızın rifahı naminə gələcəkdə daha da inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Gürcüstanın Müstəqilliyi Günü münasibətilə göndərdiyiniz təbrikə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Zati-aliləri, bir daha Sizə ən dərin ehtiramımı ifadə edir və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani də dövlət başçısını təbrik edib:

“Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə Zati-alinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu dövlət kimi qədim ortaq tarixi, mədəni və dini dəyərlərə söykənərək Azərbaycan Respublikasının müstəqilliyindən sonra yüksək səviyyəli əlaqələr və mehriban qonşuluq münasibətləri nümayiş etdirir, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə iki xalqın rifahını və firavanlığını artırmağa, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə qərarlıdırlar.

Qüdrətli Allahdan Zati-alinizə cansağlığı və müvəffəqiyyət, Azərbaycan Respublikasının şərəfli xalqına səadət diləyirəm”.


Digər xəbərlər

0.27115201950073