“Məni aldadıblar” - Usubovun işdən çıxardığı polkovnik
Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verdiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev məsələ ilə bağlı açıqlama verib.
Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun sabiq baş inspektoru K.Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cinayətdə onun əli olmayıb: “Mən 1993-cü ildən daxili işlər orqanlarında xidmət edirəm. Bu müddət ərzində ancaq qanunun aliliyini əsas tutaraq işləmişəm. Heç vaxt qanunsuzluğa yol verməmişəm. Hətta 1993-cü il aprelin 16-da torpaqlarımız uğrunda erməni işğalçıları ilə mübarizə apararkən güllə yarası almışam. İki ali təhsilim var, həmişə xalqıma, el-obama, dövlətimə, prezidentimə, nazirə sədaqətlə xidmət etmişəm. 2014-cü ildə bu sahəyə təzə gələn vaxtımda bir qədər təcrübəsizliyim olub, əməkdaşlar məni aldadıblar, sui-istifadə edərək belə hallara yol veriblər. Mən heç vaxt saxta sənəd verməmişəm, həmin adamların da üzünü görməmişəm. Bu işdə heç bir marağım da olmayıb. Həmin işi görən əməkdaşı özüm aşkar edib işdən çıxarmışam. Vicdanımla deyirəm ki, bu işdə mənim əlim yoxdur”.
Qeyd edək ki, K.Quliyev xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...