Abutalıbovun qəbir biznesi: Mafiya şəbəkəsində kimlər var? - Araşdırma
Bakı Şəhər İcra Hakimiyyətində qəbir biznesi ilə məşğul olan bir mafiya illərdir ki, fəaliyyətdədir
Politika.Az-ın araşdırmasına görə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və ona tabe olan Əhaliyə Vətəndaşlıq Xidməti Tresti bu şəbəkənin əsas strukturlarıdır.
Trestin baş mühəndisi Sabir Həsənov məzarlıqlarda yerlərin satılmasını təkzib etsə də, reallıqlar başqadır. Bakı sakinləri bilirlər ki, ölü yiyəsinə qəbir yeri pulla satılır.
Bu biznesin başında isə sözügedən departament və trest dayanır. İddialara görə, yerlərin satışında gələn gəlir Bakı meri Hacıbala Abutalıbovla bölüşdürülür.
S.Həsənovun da qəbiristanlıqlarda yerlərin satışında iştirakı olduğunu iddia edən şəhər sakinlərinin sözlərinə görə, pulu olmayan ölüsü əlində qalmalıdır. Amma əksəriyyət qabaqcadan yerləri alıb.
Buna baxmayaraq, məzarlıqlar dolub, yer çatışmır, trestin dəllaları isə satmağa künc-bucaq da olsa tapırlar. Nəzərə almaq lazımdır ki, son illərdə əyalətlərdən Bakıya kütləvi axın olub və onlar burada məskunlaşıblar.
Politika.Az-ın araşdırmasına görə, Trestə 32 qəbiristanlıq daxildir. Hər məzarlıqda yer satışını nəzərə alsaq BŞİH-də böyük pulların dövr etdiyini söyləmək olar.
Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur.
Ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Mərkəzdəki qəbiristanlıqlarda yerlər dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar.
Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır.
Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...