Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı

11:32 03-06-2019 | icon 4175
Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı

Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən azad olunub.

Təhqiredici video yayılandan sonra bağça rəhbərliyi işə qarışıb. Mayın 31-də  müəllim işdən azad olunub.

Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını da əldə etmişik. Hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib.

Xatırladaq ki, bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.(qafqazinfo)

 

 

 

Digər xəbərlər

0.23089504241943