Neftin qiyməti yenə düşdü

10:28 05-06-2019 | icon 3771
Neftin qiyməti yenə düşdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 64,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,77 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,7 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,34 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.


Digər xəbərlər

0.24970889091492