“Allahdan arzum odur ki, şəhidlərimizin qanı yerdə qalmasın” - Şeyx+Fotolar
“Allahdan ən böyük arzum odur ki, şəhidlərimizin qanı yerdə qalmasın, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə torpaqlarımız düşmən işğalından azad edilsin”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib. A.Paşazadə ölkədə dini sabitliyin və tolerantlığın olduğunu, bununla belə bəzi qaragüruhçuların Azərbaycandakı məsələləri dünyaya başqa şəkildə çatdırmağa çalışdıqlarını deyib:
“Azərbaycanda iftar məclislərinin təşkili, cənab Prezidentin və Birinci vitse-prezidentin, o cümlədən xarici diplomatların həmin məclislərdə iştirakı ölkədə dinə münasibətin və tolerantlığın göstəricisidir. Bu o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə sadiqdir. Ancaq bəzi qaragüruhlar istəyir ki, Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə çatdırsınlar. Əlbəttə bu, yolverilməzdir. Bu, xalqın əleyhinə davranışdır”.
Foto: Nuran Məmmədov (qafqazinfo)
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...