“Xaliq Faiqoğlu” tələbələri mükafatlandırdı - Fotolar
Aviasiya və Avtomobil üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin “Xaliq Faiqoğlu” şirkətində ixtisasartırma təcrübəsi keçməsi proqramı başa çatıb.
Bu münasibətlə “Xaliq Faiqoğlu” şirkətinin Təmir Mərkəzində şirkət və təhsil müəssisəsinin rəhbərliyinin də iştiakı ilə tələbələrlə görüş keçirilib.
Görüşdə 15 aprel – 17 iyun tarixində keçirilən təcrübə proqramının əhəmiyyəti, tələbələrin texniki peşə sahələrinə marağı və ixtisasları üzrə biliklərinin artırılması istiqamətində həyata keçirilən işlərdən danışılıb. Şirkətinin rəhbəri Faiq Seyidov tələbələrə uğur arzulayıb və əldə etdikləri təcrübənin onların gələcək fəaliyyətində faydalı olacağına inandığını bildirib. Təmir Mərkəzinin servis müdiri Aykut Öztürk təcrübəçilərin 2 ay müddətində çilingər, mühərrikçi, elektrik ixtisasları üzrə peşəkar səviyyədə biliklər aldığını, əyani vəsaitlərlə iş bacarıqlarını inkişaf etdirdiyini deyib.
Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərov isə çıxış edərək yaradılmış şəraitə görə təşəkkürünü bildirib, bu il təhsilini başa vuran gənclərin yaxın gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi soraqlarını alacaqlarına əmin olduğunu ifadə edib.
Sonda tələbələrə sertifikatlar və hədiyyələr, təqdim edilib, xatirə fotosu çəkdirilib.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...