Şirməmməd Hüseynovla vida... - Fotolar
Bakı Dövlət Universitetində ötən gün dünyasını dəyişən Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.
Mərasimdə millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri iştirak edir.
BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Ş. Hüseynovla bağlı xatirələrini bölüşüb: "Şirməmməd Hüseynov müəllimlərin müəllimi, böyük insan idi. O, Azərbaycan mətbuatının ənənələrini bizə öyrətməklə klassik mətbuat məktəbi yaradıb. O, jurnalist və böyük tənqidçi idi. Mən özüm də Şirməmməd Hüseynovun tələbəsiyəm. Allah ona rəhmət eləsin".
Vida mərasiminə rəsmi şəxslər, nazirlər, millət vəkilləri də qatılıb. Onlardan Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, DİM-in sədri Məleykə Abbaszadə, millət vəkili Fəzail Ağamalı mərhumun qohumlarına başsağlığı veriblər.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və PA-nın şöbə müdiri Əli Həsənov da vida mərasiminə qatılıb.
Fotolar: Pərvin Zeynal(qafqazinfo)
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...