Kəmaləddin Heydərov müxalifət liderinə “MAAŞ” verir – Hər ay 5 min manat!

01:11 25-02-2017 | icon 8318
Kəmaləddin Heydərov müxalifət liderinə “MAAŞ” verir – Hər ay 5 min manat!

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov publika.az saytına müsahibəsində hazırda heç bir işlə məşğul olmadığını və istirahət etdiyini bildirib. “Bəs hər hansı yerdən gəliriniz olur” sualına cavabında isə Etibar Məmmədov gəlirinin olmadığını deyib: “Xeyr, mənim gəlirim yoxdur, öz gəlirim arabir olur. Ancaq ailəmin və yaxınlarımın gəliri var. İndi elə böyük gəlirə də ehtiyacım yoxdur”.

E. Məmmədovun bu müsahibəsindən sonra özünü sadə vətəndaş kimi tədim edən iki nəfər “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edib. Həmin şəxslər AMİP liderinin dediklərinin səmimi olmadığını bildiriblər. Onların dediyinə görə, E. Məmmədovun tikinti biznesi var. Bir neçə il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxınlığında 22 mərtəbəli binanı AMİP liderinin inşa etdirdiyini söyləyən şəxslərdən biri yaxın qohumunun binanın tikintisində mühəndis işlədiyini də sözünə əlavə edib: “Bizneslə məşğul olmaq ayıb və cinayət deyil. Etibar Məmmədovun biznes fəaliyyəti ilə məşğul olmasına etirazımız ola bilməz. Allah işini avand etsin. Bizim etirazımız ölkədə kifayər qədər tanınan, vaxtilə prezident olmaq istəyən bir şəxsin müsahibəsində səmimi olmamasına, xalqdan bəzi məsələləri gizlətməsinədir. Etibar müəllim desəydi ki, gəlirim var, xeyli vaxtdır biznes fəaliyyəti ilə məşğulam, səmimiliyinə görə ona hörmətimiz artardı”.

Qeyd edək ki, AMİP 1990-cı illərin əvvəllərində-Etibar Məmmədovun sədrliyi dönəmində maddi imkanları ən yaxşı partiyalardan biri kimi tanınıb. E.Məmmədov sədrlikdən və siyasətdən getdikdən sonra onun biznes fəaliyyəti ilə məşğul olduğu haqda son illərdə mediada informasiyalar yayılıb. Lakin bu informasiyalar heç vaxt tam təsdiqini tapmayıb. Etibar Məmmədovun şəxsi biznesinin olub-olmadığı sualı bu gün də açıq qalır.
Ancaq “AzPolitika.info”ya Etibar Məmmədovla bağlı daxil olan bir məlumat onun biznesi olduğu haqda iddiaları şübhə altına salır. Ola bilsin ki, E.Məmmədovun yaxınlarına müəyyən şərait yaradılıb, lakin onun özünün şəxsi biznesi olduğu az inandırıcıdır.

Məsələ ondadır ki, fövqəladə hallar naziri-oliqarx Kəmaləddin Heydərov onlarla digər siyasətçi kimi, hər ay Etibar Məmmədova da “əməkhaqqı” verir. Kifayət qədər mötəbər mənbə əminliklə bildirir ki, Etibar Məmmədov hər ay Kəmaləddin Heydərovdan 5 min manat stabil maliyyə alır.

Bu səbəbdən hakimiyyətin Etibar Məmmədova həm biznes şəraiti yaratdığı, həm də “aylıq” verdiyi inandırıcı görünmür. Biznesi olsa, heç E.Məmmədov da fövqəlnazirin “maaşına” ehtiyac görməzdi.
Lakin sözsüz ki, AMİP liderinin siyasətdən geri çəkilməsinin uzunmüddətli olmasının arxasında daha ciddi səbəblərin olduğu istisna oluna bilməz. Məsələ ondadır ki,E.Məmmədov özü siyasətdən çəkilməklə kifayətlənməyib, eyni zamanda AMİP-in də anti-iqtidar cəbhəsində iştirakına da imkan verməyib. Bu partiyanın faktiki olaraq dağılmasının, siyasi səhnədən silinməsinin əsas səbəbkarı elə qurucusu olduğu E.Məmmədovdur. Ən əsası isə odur ki, cənab Məmmədov hətta vətəndaşlıq mövqeyinin ifadəsindən də imtina edib. Təsadüfi deyil ki, o, son illərdə israrla daxili siyasətlə bağlı sulalları cavablandırmaqdan yayınır. Bütün bunlar da müəyyən şübhələrin ortaya çıxmasına rəvac verir.

Yeri gəlmişkən, yuxarıda da qeyd etdik ki, Kəmaləddin Heydərov onlarla siyasətçini, həmçinin media quruluşunu maliyyələşdirir. Bu səbəbdən müstəqil mətbuat, müxalifət həmin siyasətçiləri, media quruluşlarını çox vaxt K.Heydərovun “ayağına yazır”. Lakin tam əminliklə deyirik ki, bu FHN başçısının şəxsi təşəbbüsü deyil. Cənab Heydərov sadəcə olaraq ona Prezident Administrasiyasından verilən təlimat əsasında fəaliyyət göstərir. Bu baxımdan, E.Məmmədova “maaş” kəsilməsini Kəmaləddin Heydərovun adı ilə bağlamaq o qədər də düzgün olmazdı…


AzPolitika.info


Digər xəbərlər

0.2349750995636