2 erməniyə qalib gələn Hacı Əliyev - “Qələbəni hərbçilərə həsr edirəm”
"Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim".
Bunu "Report"a müsahibəsində sərbəst güləş üzrə Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu "Minsk 2019"da finala yüksəlməsini şərh edib. O bildirib ki, hər görüşün öz çətinliyi var: "Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. Səhərdən ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacağını düşünürdüm. Bunu düşünə-düşünə ona qalib gəldim".
Əliyev artıq qarşıdakı final oyunlarını düşündüyünü əlavə edib: "Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə ona qalib gəlim"
Titullu pəhləvan finala yüksəlməsini Azərbaycanın Silahlı Qüvvələrinə həsr etdiyini də deyib: "Çalışıram ki, rəqiblərimə xal verməyim. Əksinə, özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar. Bu gün gözəl gündür, Silahlı Qüvvələri günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm".
Qeyd edək ki, ilk qarşılaşmasında ermənistanlı Valodya Franqulyana qalib gələn Hacı Əliyev ardınca belaruslu Georgi Koliyev və ukraynalı Hor Ohanesyandan da güclü olub. O, finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...