Qaraçıların milyonluq evləri - Fotolar

11:53 29-06-2019 | icon 2828
Qaraçıların milyonluq evləri - Fotolar

Rumıniyanın Buxarest şəhərinin yaxınlığında dünyanın ən varlı şəhərlərindən biri yerləşir.

Söhbət qaraçıların yaşadığı Buzeskodan gedir.

Burada təxminən 800 ev var və hər birinin dəyəri 2-30 milyon dollar təşkil edir.

Rumıniyalı qaraçıların “kral”ı Florian Çioabadır. Ona bu titul irsi olaraq atasından keçib. Onun illik gəliri 50-80 milyon avrodur.  Florianın Koldaş klanına isə 300 ailə daxildir. Klan üzvlərinin də yaşadıqları evlərin minimum dəyəri 3 milyon avrodan başlayır.

Florianın klanı ilə birlikdə gəliri isə ildə təxminən 300-400 milyon avroya bərabərdir. Bu gəlirin bir hissəsi siravi qaraçıların “obşak”a verdiyi pullar təşkil edir. Bundan başqa, Rumıniyadan Qərbi Avropaya siqaret qaçaqmalçılığı, otel biznesi və ticarət də bu klanın gəlirini formalaşdırır.

Maraqlıdır ki, Çioabanın təkcə evinin daxili dekorasiyasına 55 kiloya qədər qızıl işlədilib.

Qeyd edək ki, oxşar mənzərə  dünyanın bir çox ölkələrində var. Şərqi və Mərkəzi Avropa, hətta kasıb Moldovada da qaraçı baronları var. Maldovadakı  qaraçı baronu Artur Çerar və onun klanının illik gəliri 20-40 milyon avro təşkil edir. Onun Kosovodakı “həmkarı” Nəcməddin Nəzirin isə klanı ilə birgə illik gəliri 100 milyon avroya bərabərdir.

 

 







Digər xəbərlər

0.3390679359436