“Bu uğurların qazanılması təsadüfi deyil” - Firdovsi Umudov
"Sevindirici haldır ki, bütün altı çəkidə medal qazanmaq şansı əldə etdik və bunlardan beşində idmançılarımız kürsüyə çıxdı".
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib. Bu gün axşam saatlarında sərbəst güləş üzrə yığma komandayla vətənə qayıtmağı planlaşdıran federasiyanın vitse-prezidenti II Avropa Oyunlarında sərbəst güləş üzrə yığmanın çıxışını dəyərləndirib. O bildirib ki, komandamızın qazandığı iki qızıl, bir gümüş və iki bürünc medalı uğurlu nəticə hesab etmək olar:
""II Avropa Oyunlarında bütün çəki dərəcələrində təmsil olunurduq.5-də medal qazandıq. Mahir Əmiraslanovun yarımfinalda dünya çempionuna qalib gəlməsi, Hacı Əliyevin finaladək iki erməni idmançısı üzərində qələbəsi və daha sonra əvvəllər uduzduğu Vladimir Xinçeqaşvilini məğlub etməsi bizi sevindirir. Yeri gəlmişkən, bu uğurların qazanılması təsadüfi deyil. Çünki dövlətin diqqət və qayğısını hər an hiss edirik. Hər zaman bizə dəstək göstərən cənab prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. O, bizdə əlavə motivasiya yaradır. Həmçinin, məşqçilər korpusuna minnətdaram. Birgə əməyin sayəsində bu uğura nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevin nəticələrin əldə olunmasında zəhməti böyükdür. O, güləşçilərimiz üçün hər bir şəraiti yaradıb. Bu şəraitin qarşılığında nəticə əldə olunmaması mümkün deyil".(qafqazinfo)
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...