Leyla Əliyeva körpələr evində - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.
Leyla Əliyevaya körpələr evi haqqında məlumat verilib, hazırda burada 3 yaşadək 16 uşağın olduğu bildirilib.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu uşaq müəssisəsinin fəaliyyətini daim diqqətdə saxlayır, buradakı balacalara xüsusi qayğı ilə yanaşır, mütəmadi olaraq körpələr evini ziyarət edirlər. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atıb. Fondun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yerlərdən birini tutur.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...