EYOF-da iştirak edəcək güləşçilərimizin adları açıqlandı - FOTO

15:29 19-07-2019 | icon 3584
EYOF-da iştirak edəcək güləşçilərimizin adları açıqlandı - FOTO

Iyulun 21-də Bakıda start götürəcək Avropa Gəncləri Yay Olimpiya Festivalının (EYOF) proqramında güləş də yer alıb.

EYOF çərçivəsində güləşin üç növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaq.

Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar altı çəki üzrə keçiriləcək.

 

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev EYOF-da iştirak edəcək komandalarla görüşüb, onlardan uğurlu nəticə gözlədiyini dilə gətirib və hər hansı problemlərinin olub-olmaması ilə maraqlanıb. Sonda onlara uğurlar arzulayan qurumun rəhbəri heyəti açıqlayıb.

Heyətimiz belədir:

Sərbəst güləş: Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq);

Qız güləşi: Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq), Nigar Mirzəzadə (65 kq).

Qeyd edək ki, EYOF-da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.

 


Digər xəbərlər

0.26007986068726