Sadıq Sadıqov gənc cüdoçularla görüşdü

21:05 23-07-2019 | icon 3060
Sadıq Sadıqov gənc cüdoçularla görüşdü
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb.
 
 
 
Olimpiya Kəndində baş tutan görüşdə əvvəlcə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandanın məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Mütəxəssislər Olimpiya Festivalında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. ACF-nin vitse-prezidenti federasiya rəhbərliyi adından yeniyetmə cüdoçulara uğurlar arzulayıb.
 
Yeniyetmələrin Avropa Olimpiya Festivalında cüdo yarışları 24-27 iyul tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu təmsil edəcək.

Digər xəbərlər

0.28733110427856