Azad Rəhimov: "25 il ərzində çalışdıq ki, gənclər və idman sahəsində hərtərəfli siyasət aparaq"
"1994-cü ildə ulu öndər Heydər Əliyevin ilk sərəncamlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması idi. Azərbaycanda gənclər və idman sahələrinin prioritet olacağını ulu öndər görürdü və bunlara çox önəm verirdi".
Bu fikirləri "Azeripress.az"a açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov Nazirliyin yaranmasının il dönümü ilə bağlı danışarkən deyib.
Rəhimov bildirib ki, qurum sabah, ilk növbədə, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək: "Ulu öndəri yad etməliyik. 25 il ərzində çalışdıq ki, gənclər və idman sahəsində hərtərəfli siyasət aparaq. Gəncləri birləşdirək, onlar üçün maraqlı layihələr fikirləşək. İdmanda da böyük uğurlar olub. Bunların hamısına sevinirik. Sabah Nazirlikdə tədbirlər nəzərdə tutulub".
Nazir Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) haqqında da fikirlərini bölüşüb: "EYOF çox yaxşı keçir. Hazırda medal sıralamasında ikinci pillədəyik. Bizim məqsədimiz yuxarılarda qalmaqdır. Sabah gimnastika və cüdo yarışlarından da medallar gözləyirik".
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...