Cüdo üzrə millimizin festivalda mübarizəsi başa çatdı
XV Avropa Gənclər Olimpiya Festivalının sonuncu günündə cüdo üzr qarışıq komanda yarışlarında mübarizə aparan Azərbaycan yığması bürünc medal şansını əldən verib.
Ilk görüşdə Gürcüstan seçməsinə məğlub olan komandamız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Cüdoçularımız əvvəlcə Hollandiya yığmasına 4:2 hesabı ilə qalib gəliblər. Yığmamızın heyətində mübarizə aparan Səbinə Əliyeva (48 kq) İndi Qodulçaka ipponla, Aytac Qardaşxanlı (63 kq) Yoanne Leişot Vana vazari xalı ilə qalib gəlib. Nərmin Əmirli (+63 kq) isə Yael Geertruida Van Heemstə uduzub. Oğlanlardan isə Vüqar Talıbov (81 kq) Lan Herk Vanı, Hüseyn Məmmədov (+90 kq) Aksen Hereni ipponla məğlub ediblər. Turan Bayramov (60 kq) isə vazari xalı sayəsində Laurens Vilyamsdan üstün olub.
Lakin komandamız növbəti görüşdə İtaliya yığmasına 3:4 hesabı ilə uduzaraq gümüş medal qazanmaq şansını əldən verib. Oğlanların mübarizəsində Məhərrəm İmamverdiyev (81 kq) Luici Çentraçionu ipponla, Hüseyn Məmmədov Cean Karlettini vazari xalı ilə məğlub ediblər. Qızların yarışında isə Səbinə Əliyeva Karlotta Avanzatonu ipponla məğlubiyyətə uğradıb. Turan Bayramov Vinçenzo Skenderiyə, Nərmin Əmirli Erika Simonettiyə, Aytac Qardaşxanlı isə əvvəlcə Antonietta Palumboya, daha sonra Veronika Tonioloya uduzublar.
Beləliklə, cüdo üzrə Azərbaycan millisinin qarışıq komanda yarışında mübarizəsi başa çatıb.
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...