Leyla Əliyeva hospitalda uşaqlarla görüşüb - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 27-də paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında Fondun dəstəyi ilə müalicə olunan uşaqlarla görüşüb.
Bona Dea Beynəlxalq Hospitalı istər tibbi heyətinə, istərsə də maddi-texniki bazasına görə dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə burada bu ilin may ayında 50, iyun ayında isə 42 uşaq müalicə alıb. Müalicə olunanlar əsasən serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Müalicə alan uşaqlardan 5-i əməliyyat olunub. Əməliyyatdan sonra uşaqlara müvafiq müalicə kursu təyin edilib və onlar hazırda reabilitasiya kursu alırlar. Müalicə alanlar arasında anadangəlmə eşitmə qüsurlu uşaq da olub. Aparılan müalicə nəticəsində onun eşitmə qabiliyyəti bərpa edilib.
Burada müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim edildi.
Gələcəyimiz olan uşaqların sağlamlığının təmini Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən birini təşkil edir. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələr əhəmiyyəti ilə seçilir və davamlı xarakter alıb.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...