“Eldar Mahmudovun biznes ortağına dəstək olmaq üçün...” - BNA rəhbərinə sərt ittiham
Tanınmış blogger Bəxtiyar Hacıyev öz facebook səhifəsində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə maraqlı müraciət edib.
O, BNA rəhbərini paytaxtdakı qanunsuz əməlləri ilə üzləşməyə çağırıb:
"Bakı Nəqliyyat Agentliyinin rəhbəri, hörmətli Zati-aliləri, cənab Vüsal Kərimli.
Təklif edirəm ki, əgər gənc, ümidverici və şəffaf kadr olduğunuzu iddia edirsinizsə, sabiq MTN rəhbəri Eldar Mahmudovun biznes ortağının öz parking yerinə müştəri doldurmaq üçün küçəyə qoyduğu qadağa nişanı yığışdırmaq əvəzinə, əməkdaşlarınızın eyni nişan altında eyni gün, eyni saat, eyni dəqiqədə dayanan avtomobillərdən bəzilərini cərimələyib, bəzilərini cərimələməməyi sübut etməyim üçün son 1 aylıq TŞ kamera görüntüləri və protokollarla tanış olmaq imkanı yaradasınız. Sübut edə biləcəyimə əminəm.
Yox, əgər "power corrupts" ifadəsini haqlı çıxararaq, səlahiyyətləriniz artdıqca, köhnə məmurlardan fərqlənmədiyinizi göstərmək istəyirsinizsə, bizi iqnor edin, biz də köhnə məmurlar kimi dəyərləndirib, elə davam edək sizin işinizə yanaşmamızı. Düşünək ki, DYP getdi, BNA gəldi, cərimə yazanın ağına da, qarasına da sayğılar.
Bu arada, siz böyük, vəzifəli, səlahiyyətli şəxssiniz, xaricdə prezident nömrələrində qalan adamsınız, vaxtınızı bizə ayırmağınız vacib deyil. Araşdırmaq istəsəniz, adi işçilərinizdən birinə tapşırın, araşdıraq görək, o nişan orada niyə durur və əməkdaşlarınız niyə eyni gün, eyni saat, eyni dəqiqədə, eyni yerdə duran avtomobillərdən bəzilərini cərimələyir, bəzilərini yox".
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...