“Qarabağ” azarkeşlərinə pulsuz avtobus ayırdı

18:19 30-07-2019 | icon 2923
“Qarabağ” azarkeşlərinə pulsuz avtobus ayırdı

“Qarabağ" sabah  Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubu ilə üz-üzə gələcək.

Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” tərəfindən xüsusi avtobuslar ayrılıb:

“Sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq”.

Qeyd edək ki, matça 21:00-da start veriləcək.


Digər xəbərlər

0.21408319473267