Zakir Qaralov “Gəncə hadisələri”nə görə tutulanlardan danışdı


Baş Prokuror Zakir Qaralov “Gəncə hadisələri”nə görə tutulan və işi məhkəməyə göndərilən şəxslərlə bağlı son məlumatı açıqlayıb.
Z.Qaralov bildirib ki, 3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.
Bundan başqa, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir.
Ümumilikdə 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir.
-
Prezidentin Zəngilandakı çıxışının - Videosu
...
-
İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı
...
-
Prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladı
...
-
Prezident Zəngilanda forumda iştirak etdi - Fotolar
...
-
Prezident “Cahangirbəyli” SES-in açılışında iştirak etdi - Fotolar
...
-
Prezident Zəngilan məscidində görülən işlərlə tanış oldu - Fotolar
...
-
İlham Əliyev Zəngilanda - Yenilənib
...
-
Prezident Cəbrayılda - Yenilənib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezidentlə xanımı Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
...