“Kürəkənim xəstəxanadan evə buraxılıb” - Abel Məhərrəmov

11:11 03-08-2019 | icon 2666
“Kürəkənim xəstəxanadan evə buraxılıb” - Abel Məhərrəmov

Dünən BDU-nun sabiq rektoru Abel Məhərrəmovun kürəkəni, Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqovun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Bu gün qayınatası Abel Məhərrəmov açıqlamasında bidirib ki, A. Sadıqov artıq evə buraxılıb, vəziyyəti qaydasındadır:

 

“Vəziyyəti yaxşıdır, evindədir. Kənarda yemək yemişdi, ona görə kiçik bir problem yaranmışdı. Mədəsi yuyulub, bir saat sonra isə evinə aparılıb. Hazırda hər şey qaydasındadır”.

Xatırladaq ki, Azər Sadıqov Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi.(qafqazinfo)


Digər xəbərlər

0.2407009601593