Nazirlik Saleh Məmmədovu məhkəməyə verir
Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı məlum olub. Eyni zamanda, köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.
Faktla bağlı "Azəravtoyol" Dövlət Agentliyi barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.
Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.
-
Azərbaycanda seçkilərlə əlaqədar “sükut günü”dür
...
-
Hamı İlham Əliyev deyir - Qalanları heç bir faiz deyil
...
-
Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı paylaşım
...
-
Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər
...
-
İlham Əliyevdən AŞPA-ya xəbərdarlıq
...
-
Prezident gəncləri təltif etdi - Siyahı
...
-
Dünya azərbaycanlıları: “Qalib xalqın Qalib Liderini dəstəkləyirik”
...
-
Samir Nuriyev yeni sədri kollektivə təqdim etdi - Foto
...
-
Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edilib
...
-
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib
...